Xəbər lenti

Dünya 16:00 18.10.2025

"Bloomberg": BVF Ukraynadan Qrivnanın devalvasiyasını tələb edir

Beynəlxalq Valyuta Fondu (BVF) Kiyevə qrivnanın dəyərdən düşməsi üçün təzyiq göstərir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən yazıb.

Agentliyin mənbələrinə görə, BVF hesab edir ki, Ukrayna valyutasının nəzarətli devalvasiyası büdcə gəlirlərinin artmasına kömək edəcək.

Bildirilir ki, Ukrayna Milli Bankı bu təşəbbüsü dəstəkləməyə hazır deyil. Tənzimləyici ehtiyat edir ki, devalvasiya inflyasiyanı sürətləndirə bilər ki, bu da əhalinin narazılığına səbəb ola bilər.

"Bloomberg" xəbər verir ki, BVF ilə fikir ayrılıqları yeni maliyyə yardımı paketi axtaran Ukrayna üçün risklər yaradır. Kiyev 2023-cü ildə razılaşdırılmış BVF proqramı çərçivəsində 15,6 milyard dolların böyük hissəsini artıq alıb. Hazırda tərəflər 8 milyard dollara çata biləcək yeni paket üzrə danışıqlar aparır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->