İcarə əsasında "Bavariya"da çıxış edən Filipe Kountinyo İngiltərə klublarının maraq dairəsindədir.
Qaynarinfo xəbər verir ki, "Çelsi", "Tottenhem", "Mançester Yunayted" və "Lester" onunla yaxından maraqlanır.
"Bavariya" da braziliyalı ulduzun transfer hüququnu almaq istəyir. Amma "Barselona" ilə imzalanan müqavilədə tələb olunan 105 milyon avronu ödəmək istəmir. Münhen klubu onun üçün 53 milyon avro təklif edəcək. Böyük ehtimalla "Barselona" bu məbləğlə razılaşacaq.
Kataloniya klubu Kountinyonu 2018-ci ilin qışında "Liverpul"dan 145 milyon avroya almışdı. Braziliyalı futbolçu 53 milyon avroya satılsa, bu transfer "Barselona"ya 92 milyon avro ziyan vuracaq.
Qeyd edək ki, Kountinyo bu mövsüm "Bavariya"nın heyətində keçirdiyi 32 oyunda 9 qol vurub və 8 məhsuldar ötürmə edib.
Şərhlər