Xəbər lenti

Bir ildə böhran regionlarında 29 milyon uşaq doğulub
Dünya 20:27 22.09.2019

Bir ildə böhran regionlarında 29 milyon uşaq doğulub

Ötən il dünyanın böhran regionlarında (Əfqanıstan, Somali, Suriya, Cənubi Sudan və Yəmən) 29 milyon uşaq doğulub.

Qaynarinfo xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNİCEF) hesabatında bildirilir.

Hesabatda qeyd edilir ki, dünyada yeni doğulan hər beş körpədən biri həyatının ilk dövrünü xaos, münaqişə, təhlükə və stres içərisində keçirməli olur. Böhran regionlarında doğulan uşaqlar düzgün qidalanma və qayğı ilə təmin olunmur, həmyaşıdları ilə müqayisədə bir sıra psixi travmalarla (qorxu, aqressiya, panika və s.) böyüməli olurlar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->