DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları külli miqdarda narkotik ələ keçirib.
Qaynarinfo nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 28-də keçirilən əməliyyat zamanı 1993-cü il təvəllüdlü Aqil Əlizadə Qaradağ rayonu ərazisində saxlanılıb.
Onun üzərindən, avtomobilindən və Masallı rayonundakı evindən ümumilikdə 50 kiloqram, o cümlədən 39 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 7 kiloqram heroin, 2 kiloqram metamfetamin, 2 kiloqram tiryək, 2000 ədəd metadon həbi və narkotiklərin satışında istifadə etdiyi 2 ədəd elektron tərəzi aşkarlanıb.
Araşdırmalarla A.Əlizadə narkotikləri şəxsiyyəti istintaqla araşdırılan "Fərşad” adlı İran vətəndaşından Astara rayonunda əldə etdiyini bildirib. Onun əsas məqsədi kuryerlik edərək narkotikləri müxtəlif ünvanlara çatdırıb pul əldə etmək olub.
Faktla bağlı cinayət işi başlanılıb, A.Əlizadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər