İdman 15:52 27.09.2021

Bir nəfəri öldürüb, dörd adamı yaralayan futbolçu kimdir?

"Fənərbağça" və "Beşiktaş"ın sabiq futbolçusu Sezer Öztürk qətl törədib.

Qaynarinfo "NTV Spor"a isinadən xəbər verir ki, hadisə bir neçə gün öncə Türkiyədə baş verib. Dostu ilə avtomobildə gedərkən Halil İbrahm adlı birindən yolu keçmək üçün icazə istəyib. Ancaq bir müddət sonra tərəflər rasında dava düşüb. Öztürk qarşı tərəfə atəş açaraq lüks avtomobili ilə hadisə yerindən uzaqlaşıb. 

Odlu silah və bıçqların istifadə olunduğu davada Halil İbrahim ölüb, onun yanındakı 4 nəfər isə yaralanıb. 

1985-ci ildə Almaniyada anadan olan futbolçu karyerasına Leverkuzendə başlayıb. 2006-cı ildə "Nürnberq"ə transfer olunan Öztürk daha sonra "Manisapor"a, "Eskişehrspor"a və 2011-ci ildə isə "Fənərbağça"ya keçib. O, 2013-cü ildə "Beşiktaş"ın yolunu tutub. "Beşiktaş"da oynadığı müddətdə "Başakşehir" və "Eskişehirspor"a icarəyə verilən sabiq fubolçu 2015-ci ildə karyerasını bitirib.

Səbuhi Həsənov