Xəbər lenti

Bitcoin istehsal edən kompüterlər oğurlandı
Texnologiya 18:30 05.03.2018

Bitcoin istehsal edən kompüterlər oğurlandı

İslandiyada oğrular Bitcoin istehsalında istifadə olunan yüksək gücə sahib 600 kompüteri oğurlayıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, hadisə son illərdə ada ölkəsində baş verən ən böyük oğurluq hesab olunur. Kompüterlərin dəyəri 2 milyon dollar ətrafındadır.

Cinayətlə əlaqədar 11 nəfər artıq həbs edilib. 

Polis məmuru Helqi Kyartansson oğurluğun əvvəlcədən yüksək səviyyədə təşkil edildiyini bildirib. 

Qeyd edək ki, Bitcoin istehsalında yüksək miqdarda elektrik enerjisi istifadə olunur. Ötən il Bitcoin istehsalında istifadə olunan elektrik enerjisinin miqdarı 159 ölkənin illik istifadə etdiyi enerji miqdarından yüksək olub.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->