Bitcoin-in enişi bu gün də davam edir və qiymət 6100 dollaradək geriləyib. Lakin analitiklərin əksəriyyəti Bitcoin-in uzunmüddətli perspektivdə qiyməti ilə bağlı müsbət fikirdədir. Mövzuyla bağlı danışan analitik Luis Karranza Bitcoin-in yaxın gələcəkdəki qiymətini proqnozlaşdırıb.
Karranza Londonda təşkil olunan toplantıda bunları bildirib:
"Kriptovalyutaların qiymətini proqnozlaşdırmaq çox çətindir. Əlbəttə ki, ciddi azalmalar və artımlar var. 4500 dollaradək eniş olsa, 2500 dollara qədər də ola bilər”.
Optimist analitiklərdən bəziləri düşüncələrindəki əsas səbəbin kriptovalyutaların tənzimlənmə prosesinin daha aydın olması ilə əlaqələndirir. "London Academy of Trading”-in əməkdaşı Geyvin Pannu bunları qeyd edib:
"Mərkəzi bankın əməkdaşları kriptovalyutalar hücuma keçdiyi vaxtda tədbir görmədilər və səssiz qalmağı seçdilər. Tədricənbu sahədə həm sadə, həm də akademik səviyyədə işlər görülür”.
"eToro”-nun əməkdaşı Metyu Nyuton kimi analitiklər korporativ pulların kriptovalyuta sektoruna axacağına əmindirlər. Nyuton sektora qatılacaq böyük investorların kriptovalyuta dünyasına fayda verəcəyinə inanır. "Goldman Sachs” və "Nasdaq” kimi qurumların kriptovalyutalarla bağlı işlər apardığını bildirən Nyuton bununla yanaşı, qanuni tənzimləmələrin pul axınını təmin edəcəyini vurğulayıb:
"İnstitusional investorun sektora əminliklə girə bilməsi üçün daha yaxşı bir hüquqi zəmin gərəkdir. Bu kimi insanlar üçün nüfuz böyük amildir və onu itirmək istəmirlər. Qaydalar yaxşı tərtib olunduqda və yaxşı bir hüquqi sərhəd əldə edildikdə, böyük investorlar sektora rahat girə biləcəklər”.
Sektorun əksər mütəxəssisləri Bitcoin-in gələcəyi ilə bağlı müsbət fikirdədir. Bizə isə gözləmək qalır.
Şərhlər