Texnologiya 14:54 21.08.2017

BMT-yə qatil robot xəbərdarlığı

116 süni intellekt və robot mütəxəssisi BMT-yə müraciət edərək qatil robotların müharibə bölgəsində qadağan edilməsini istəyib. 

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, təşkilata göndərilən məktubda müharibə bölgəsində istifadə edilən avtomatik silahların çox asanlıqla idarədən çıxa biləcəyi, yanlış insanların əlinə keçsə, çox sayda insanın ölümünə, dəhşətli terror hadisələrinə səbəb ola biləcəyi deyilir.

Barıt və nüvə silahından sonra müharibə sahəsində 3-cü inqilab hesab edilən süni intellekt texnologiyasının potensialı və səbəb ola biləcəyi fəlakətlər barədə BMT görüşlər təşkil edəcəyini açıqlayıb. Aralarında "SpaceX", "Tesla" şirkətlərinin sahibi olan mühəndis Elon Mask və "Google"un "DeepMind" süni intellekt şirkətinin müdiri Mahmud Süleymanın olduğu 116 nəfərlik qrup isə sadəcə görüşlərin təşkilini yox, tədbirlərin görülməsini də istəyir.

Gülşən

Qaynarinfo.Az