Xəbər lenti

Ekonomiks 17:23 22.01.2021

BNA 10 manatlıq şirkətə 2 milyonluq tender verdi (FOTO)

Bakı Nəqliyyat Agentliyi (BNA) bu gün təmizlik xidmətlərinin satın alınması müsabiqəsinə yekun vurub.

Qaynarinfo xəbər verir ki, 1 milyon 925 min 764 manat dəyərində olan tender "Mint Services” MMC-yə verilib. 

Qeyd edək ki, 27 fevral 2017-ci ildə yaradlan "Mint Services” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkət indiyə kimi 2 dəfə tender udub ki, hər iki hər iki halda satınalan qurum BNA olub. Belə ki, ötən ilin avqustun 6-da BNA-nın təmizlik xidmətlərinin satınalmasını "Mint Services” MMC qazanıb. 

İnternet resurslarında şirkətlə bağlı yalnız elan saytlarında vakansiyalarla bağlı məlumatlar var.

Orxan Əhmədli
 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->