Xəbər lenti

Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
Siyasət 14:54 02.03.2026

Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi

Dunkan Norman Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri təyin olunub.

Qaynarinfo xəbər verir ki, diplomat bu barədə sosial şəbəkədə paylaşım edib.

D.Norman ölkəsinin Azərbaycandakı növbəti səfiri təyin olunmasından şərəf hissi duyduğunu bildirib.

O, Britaniya-Azərbaycan tərəfdaşlığını daha da gücləndirmək, ikitərəfli münasibətlərin möhkəm əsasları üzərində irəliləmək və ortaq prioritetlər üzrə vacib əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözlədiyini vurğulayıb.
--> -->