Xəbər lenti

İpoteka kreditləşməsi üçün banklara yeni limitlər ayrıldı
Ekonomiks15:35 02.03.2026

İpoteka kreditləşməsi üçün banklara yeni limitlər ayrıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İpoteka və Kredit Zəmanət Fondu ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb.
Qaynarinfo Fonda istinadən xəbər verir ki, vətəndaşlardan müraciətlərin qəbuluna adi ipoteka kreditləri üzrə 05.03.2026-cı il tarixində saat 11:00-dan etibarən, güzəştli ipoteka kreditləri üzrə isə 06.03.2026-ci il tarixində saat 11:00-dan etibarən başlanılacaq.
Müraciətlərin qəbulu "Elektron ipoteka və kredit zəmanət" sistemi (www.e-gov.az) üzərindən elekton imza vasitələri (SİMA Token (Elektron İmza), SİMA Rəqəmsal, Asan İmza) ilə həyata keçiriləcək.
Bununla əlaqədar olaraq, vətəndaşlara 04.03.2026-cı il tarixinə qədər elektron kabinetlərin formalaşdırılması tövsiyə edilir.
İpoteka kreditinin alınması üçün müraciətə dair istifadəçi təlimatı Fondun rəsmi internet səhifəsində (www.mcgf.gov.az/storage/Talimat.pdf), həmçinin "Elektron hökumət" portalının və "mygov" platformasının müvafiq bölmələrində yerləşdirilib.