Böyük Britaniyanın Baş naziri Boris Conson Avropa İttifaqından "Brexit" prosesi üçün vaxt istəyib.
Qaynarinfo xəbər verir ki, hökumət rəhbəri məktub göndərərək Aİ-dən 31 yanvara qədər vaxt istəyib. O, məktuba imza atmaqdan imtina edib.
"Brexit" prosesinin 31 oktyabrda yekunlaşması planlaşdırılırdı.
Qeyd edək ki, B.Conson daha əvvəl İngiltərənin Aİ-ni tərk etməsini nəzərdə tutan "Brexit"in təxirə salınmayacağını açıqlamışdı.
Gülşən
Şərhlər