Xəbər lenti

Dünya 10:12 01.07.2020

Braziliyanın beşgünlük təhsil naziri: yalançı doktor istefa verdi

Braziliyada ötən həftə təhsil naziri təyin olunan Karlos Alberto Dekotelli 5 gün sonra vəzifəsindən istefa verib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb tərcümeyi-halında təhsili ilə bağlı yazdıqlarının yalan olması olub. Belə ki, beşgünlük nazir Argentinanın Rosario Universitetində doktorantura üzrə təhsil altığını bildirib. Lakin Universitetin rektoru Franko Bartolaççi bu məlumatı təkzib edib və onun ali təhsilini başa çatdıra bilmədiyini deyib.

Təqaüdçü hərbçi Dekotelli həmçinin Almaniyanın Vuppertal Universitetində doktorantura, Qetulio Varqas Dərnəyi Universitetində magistratura təhsili aldığını da qeyd edib. Lakin bu məlumatların da yalan olduğu üzə çıxıb.

Beləliklə, o, Bolsonaronun prezidentliyi dövründə dəyişən üçüncü təhsil naziri olub.

Qeyd edək ki, Braziliyanın prezidenti iyunun 25-də rəsmi tviter hesabından Dekotellinin Rosario, Vupperta və Qetulio Varqas universitetlərindən məzun olduğunu qeyd edərək, onu təhsil naziri vəzifəsinə təyin etdiyini yazmışdı.

Bolsonaronun 2019-cu ilin əvvəlindən vəzifəyə gəldiyi dövr ərzində 2-si yeni tip koronavirus pandemiyası dövründə bir aydan az müddətdə dəyişən səhiyyə nazirləri olmaqla 12 nazir dəyişilib.

Camal

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?