Braziliyanın sabiq prezidenti Luiz İnasio Lula sa Silva 12 il və 11 ay müddətinə azadlıqdan məhrum edilib.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Lula korrupsiya və çirkli pulların yuyulmasında ittiham edilir. O, qeyri-qanuni yolla daşınmaz əmlak əldə edib. 73 yaşlı sabiq prezident haqqındakı iddiaları rədd edir.
Qeyd edək ki, Sol cinahın nümayəndəsi olan Luiz İnasio Lula 2003-2010-cu illərdə Braziliyaya rəhbərlik edib.
Gülşən
Şərhlər