Böyük Britaniya və Avropa İttifaqı "Brexit" prosesində keçid dövrü razılaşması əldə ediblər.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Böyük Britaniyanın Avropa İttifaqından ayrılmasını nəzərdə tutan "Brexit" katibi Deyvid Deyvis Aİ nümayəndəsi Mişel Barnierlə Brüsseldə bir araya gəlib. Razılaşmaya görə 2019-cu ilin martında Britaniya Aİ-ni tərk edəcək. Lakin Aİ ümid edir ki, Britaniya 2020-ci ilin sonuna qədər bu birliyin qaydalarına əməl edəcək.
Xəbərə görə, həll edilməmiş tək məsələ İrlandiya sərhəddidir.
Razılaşmanın qüvvəyə minməsi üçün saziş imzalanmalı, Avropa Parlamentindən keçməlidir. Bu həftə keçiriləcək Aİ sammitində razılaşma imzalana bilər.
Gülşən
Şərhlər