Britaniyanın Qreys şəhərində yük maşınında aşkarlanan 39 cəsədin Vyetnam vətəndaşlarına aid olduğunu ehtimal edilir.
Qaynarinfo xəbər verir ki, bu barədə Esseks qraflığının polisindən açıqlama verilib. Polis bəzi qurbanların ailələri, həmçinin Vyetnamın hakimiyyət orqanları ilə birbaşa əlaqə saxlayır.
Qeyd edək ki, oktyabrın 23-də Britaniyanın Esseks qraflığının polisləri yük maşınında 39 cəsəd aşkarlayıb. Cəsədlərin tapıldığı konteynerin Purflitə Belçikanın Zebrügge şəhərindən, yük maşınının isə Şimali İrlandiyadan gəldiyi məlum olub. Polis əvvəlcə cəsədlərin Çin vətəndaşlarına aid olduğunu güman edib. Ola bilsin ki, vyetnamlılar ölkəyə saxta Çin pasportları ilə daxil olub.
Şərhlər