Xəbər lenti

Britaniyadan Suriyaya 100 milyon funt
Dünya 13:01 26.09.2013

Britaniyadan Suriyaya 100 milyon funt

İngiltərə höküməti Suriyaya əlavə 100 milyon funt-sterlinq məbləğində hümanıtar yardım edəcəyini açıqlayıb.

Anspress-in xarici mətbuata istinadən verdiyi məumatan görə, bu barədə Britaniya baş nazirinin köməkçisi Nik Kleq məlumat verib.


BMT-nin ilasında çıxışı zamanı baş nazirin köməkçisi Suriya xalqından, xüsusi ilə də köməyə ehtiyacı olan uşaqlara həmişə diqqət ayırdıqlarını bəyan edib: “İndiyə kimi Suriyaya 500 milyon funt-sterlinq vəsait ayırıb".

Britaniya rəsmisi Türkiyə və İraqa sığınan suriyalı qaçqınlara ərzaq, təmiz su, dərman kimi yardımlar etdiklərini də vurğulayıb.

Qeyd edək ki, beynəlxalq araşdırma şirkəti "Oxfam"ın araşdırmalarına görə, Fransa, Rusiya, Qətər kimi ölkələrin Suriyaya kifayət qədər yardım etmədikləri üzə çıxıb.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->