Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Şimali Koreyaya ziyarət edən "Russia Today" müxbiri İlya Petrenko orada gördüklərini qələmə alıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Lavrovla Şimali Koreya lideri Kim Çen Inın görüşündən əvvəl jurnalistlər dəbdəbəli otağa aparılıb, onların telefonları və s. əşyaları götürülüb. Avtobusla uzun və insanların yaşamadığı ərazilərdən keçən Petrenko rus və ingilis dilində bilməyən sürücü tərəfindən "100 baxçalı Saray"a aparılıb. Jurnalistlər nəhəng binanın yanında yerləşən kiçik villada Kim Çen Inın bacısı Kim Yo Çonq tərəfindən qarşılanıb. Petrenko bildirir ki, boz kostyum və ətək geyinmiş Kim Yo Çonq evin xanımı kimi davranırmış və onlar ingilis dilində salamlaşıb.
Şimali Koreyanın diplomatik əlaqələrinin qurulmasında iştirak edən Kim Yo Çonq qardaşına yaxınlığı ilə bilinir. O, Cənubi Koreyada keçirilmiş Qış Olimpiya Oyunlarına göndərilən heyətə rəhbərlik etmiş, Cənubi Koreya prezidenti ilə görüşmüşdü.
Sergey Lavrov isə Kim Çen In tərəfindən qarşılanıb. Bahalı qol saatı taxan lider özünəinamlı və normal davranışı ilə diqqəti çəkib. Görüşdə Kimin bacısı ona yaxından köməklik edib. Müzakirələr zamanı 7 nəfərlik heyətlə görüş keçirilib. Daha sonra isə Lavrov və Kim 1 saat ərzində təkbətək masa arxasında oturublar. Hər iki tərəfin müzakirələrdən razı qaldığı görünürdü. Yaxın dövrlərdə Rusiya prezidenti Vladimir Putinin Kim Çen Inla görüşü planlar arasındadır. Sergey Lavrov Kimə rus qutusu hədiyyə edərək "Sirrlərinizi gizlətməyiniz üçündür" zarafatını edib.
İlya Petrenkonun sözlərinə görə, görüş bitəndən sonra onlar qısa müddətdə avtobusa mindirilib, telefonları və əşyaları geri qaytarılıb və havalimanına göndəriliblər. Petrenko bütün bunlara baxmayaraq, Şimali Koreyalı jurnalistlərin əksəriyyətinin məhrum olduğu bu hüquqdan istifadə edə bildiyi üçün məmnun olduğunu dilə gətirir.
Gülşən
Şərhlər