Xəbər lenti

Bu foto baş naziri "yandırdı" - FOTO
Dünya 15:54 27.05.2013

Bu foto baş naziri "yandırdı" - FOTO

İngiltərə baş naziri Devid Kemeronun dünən İspaniyanın İbiza adasında istirahət edərkən çəkilən fotoları ölkədə böyük narazılığa səbəb olub. 

Qaynar.info-nun məlumatına görə, İngiltərə mətbuatı Kemeronun xanımı Samanta ilə çimərlikdəki kafelərin birində qəhvə içərkən çəkilən fotolarını manşet ediblər. 

Kemeron ötən həftə öldürülən ingilis əsgəri Li Riqbi ilə bağlı aparılan müzakirələri yarımçıq qoyaraq tətilə getdiyi üçün ciddi tənqid olunub. 

"The Sun" qəzeti manşetin bir tərəfində əsgərin öldürüldüyü küçəyə atılan güllərin, digər hissəsinə də baş nazir Kemeronun həyatb yoldaşı ilə tətildə çəkdirdiyi şəkli yerləşdirib. Qəzet ilk fotonun üzərinə "hell"(cəhənnəm), digərinin isə "hol" (tətil) yazıb. 

Qaynar.info


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->