Siyasət 13:11 23.10.2020

Bu gün ABŞ-da Ermənistanın kapitulyasiyası baş tuta bilərmi? (ŞƏRH)

"Ermənistan Azərbaycanın şərtləri ilə danışıqlara qayıda bilər”.


BunuQaynarinfo-ya çaıqlamasında politoloq Hikmət Hacızadə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqton görüşü ilə bağlı xarici hərbi ekspertlərin "Ermənistanın təslim olma aktı baş tuta bilər” kimi iddialarına aydınlıq gətirərkən deyib. Politoloq Vaşinqton görüşündən sonra Ermənistanın təslim olacağına inanmadığını vurğulayıb:

 



"Bu olmayacaq. Qarabağ məsələsi var. Əgər biz Ermənistanın sərhədini keçsəydik, Yerevan tərəfə addım atsaydıq, onda Ermənistanın məğlubiyyətindən danışmaq olardı... Ola bilsin ki, Ermənistan danışıqlara qayıtsın və hansısa konstruktiv mövqe tutsun. Mən görüşdən bundan başqa heç nə gözləmirəm. Məğlubiyyət deyəndə bunu nəzərdə tuturlarsa, bu, mümkün görünür”.

 

Hikmət Hacızadə Qarabağda savaşın getdiyi bir dönəmdə Amerika Prezidentinin bütün fikirlərinin seçkiyə cəmləndiyini deyib:

 

"Trampın başı seçkiyə qarışıb. Xarici İşlər naziri ilə Dövlət katibinin çıxışları Azərbaycan üçün müsbət hesab edilmir. Yenə Azərbaycan və Türkiyəni münaqişəni alovlandırmaqda suçlayıblar. Güman edirəm ki, onlar seçkidə Amerikada yaşayan ermənilərin səsini qazanmaq üçün edirlər. Odur ki, onlar hələ heç nə etməyəcək, seçkini gözləyəcəklər. Ara sakitləşəndən sonra Amerikanın mövqeyi fomalaşacaq və hər hansı addım atıb bəyanat verəcəklər. O vaxta kimi bir-iki ay çəkəcək. Ona qədər dayanmadan getsək, biz Zəngəzurda olarıq”.

 

Bahar Rüstəmli