Parlament sədrləri “Bakı bəyannaməsi”ni imzaladı (YENİLƏNİB)

Parlament sədrləri “Bakı bəyannaməsi”ni imzaladı (YENİLƏNİB)

Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin birinci üçtərəfli görüşün yekun sənədi olaraq "Bakı bəyannaməsi”ni imzalanıb.

Qaynarinfo xəbər verir ki, sənədi hər üç ölkənin parlament sədrləri Sahibə Qafarova, Mustafa Şentop və Əsəd Qeysəri imzalayıb.
 
09:02

Bu gün Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayseri arasında birinci üçtərəfli toplantı başlayır.

Qaynarinfo xəbər verir ki, toplantının yekun sənədi olaraq "Bakı bəyannaməsi” imzalanacaq.

İyulun 28-də Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Mustafa Şentop səfər çərçivəsində Füzuli və Şuşa şəhərlərinə səfər edəcək.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi sədrinin və Pakistan İslam Respublikasının Milli Assambleyası rəhbərinin başçılıq etdikləri nümayəndə heyətləri iyulun 26-dan Azərbaycanda səfərdədir.
XƏBƏRLƏR
BLOGLAR
X