Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında nə müzakirə ediləcək?

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında nə müzakirə ediləcək?

"Bu gün keçiriləcək Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Rusiya-Türkiyə Monitorinq mərkəzinin fəaliyyəti ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğana məruzələr olunacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Zərdüşt Əlizadə bildirib  ki, Türkiyənin Qarabağ münaqişəsinin tənzimlənməsində çox mühüm və dəyərli rolu olub:
 
 

"Qarabağın taleyi ilə bağlı qəbul edilmiş bir çox qərarlarda Türkiyəyə mühüm yer ayrılıb. O cümlədən sülhməramlıların fəaliyyətini tənzimləyən və onları nəzarətdə saxlayan  komissiyanın işində. Üstəlik Azərbaycanla Türkiyə arasında razılaşdırılmış qərar qəbul edilib ki, türk sülhməramlıları da Qarabağada yerləşəcək.
Bundan əlavə Qarabağ məsələsinin həllində qəbul edilən çox mühüm qərarlardan biri də bölgədə 6 dövlətin iştirakı ilə əməkdaşlıq çərçivəsi yaradılmasıdır”.

Zərdüşt Əlizadə onu da əlavə edib ki, Qarabağ məsələsində Türkiyə Rusiya ilə sıx razılaşmalar və məsləhətləşmələr aparır:

"Bütün bunlar Türkiyənin bir dövlət kimi təhlükəsizlik komitəsinə aid olan məsələlərdir. O cümlədən Azərbaycan hərbi qüvvələrinin türk hərbi qüvvələri ilə təlimlər keçməsi və s. bütün bunlar da Türkiyə Milli Təhlükəsizlik Şurasına aiddir. Belə güman edirəm ki, bu sahələr ayrı-ayrı şəxslərə həvalə edilib. Bu gün keçiriləcək iclasda da bu mövzular dairəsində prezident Ərdoğana məruzələr olunacaq”.

Qeyd edək ki, bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Prezident Rəcəb Tayyib Ərdoğanın sədrlik edəcəyi toplantıda Qarabağda atəşkəsə nəzarət edəcək və Ağdamda yerləşəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin formalaşdırılması və gələcək fəaliyyəti məsələsi də müzakirə olunacaq.

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR