Xəbər lenti

“Bu il çox bahalı olacaq” - EKSPERT RƏYI
Ekonomiks 10:33 14.01.2014

“Bu il çox bahalı olacaq” - EKSPERT RƏYI


“2014-cü ildən gözləntilərimiz ondan ibarətdir ki, ötən il başlayan bahalaşma bu il də davam edəcək. Demək olar ki, bahalaşma bütün sahələrdə baş verəcək”.

Qaynar.info reytinqinfo.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, bütün məhsullar üzrə bahalaşma bu il də artan xətt üzrə olacaq. Bundan əlavə, kommunal xidmət haqlarının qalxması da gözləniləndir: “Hesab edirəm ki, kommunal xidmətlərin qiymətinin qalxması yaxın zamanda baş verəcək. Yəni, tezliklə elektrik enerjisinin, təbii qazın, suyun pərakəndə satış tarifləri də artacaq. Bahalaşmanın bazarların qarşılıqlı təsiri qanunu əsasında istehlak, xüsusilə də ərzaq bazarında qiymətlərin artımına və inflyasiya yaradıcı amillərin fəallaşmasına təsiri şübhəsizdir. Ona görə də gələn il üçün iki rəqəmli inflyasiya qaçılmazdır. Yəni, hələlik bu ildən iqtisadi cəhətdən müsbət bir şey gözləməyə dəyməz.

2014-cü il "Sənaye ili" elan olundu. Bir tərəfdən sənaye sektorunda daha əlverişli mühitin yaradılması üçün imkanlar yaransa da, əslində, bu məsələ ilə bağlı ən böyük əziyyəti sahibkarlar çəkəcək. Çünki 2014-cü ilin dövlət büdcəsinin gəlirlər hissəsinin proqnozlaşmasında sahibkarların yükü artırılıb. Yəni, bu baxımdan hesab edirəm ki, 2014-cü il həm qiymətlərin bahalaşması, həm də sahibkarların əlavə ödənişləri həyata keçirmək məcburiyyətində olması ilə yadda qalacaq. Belə demək mümkündürsə, 2014-cü ili son dövrün ən bahalı ili kimi görürəm. Düzdür, hələlik Tarif Şurasının hər hansı qərarı yoxdur. Amma sonrakı dövrdə ölkədə ciddi qiymət artımının olacağı qaçılmazdır. Bu da əhalinin büdcəsinin dağılmasında özünü göstərəcək”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->