Xəbər lenti

Dünya 11:20 16.01.2019

Bu ölkədə 2 gündə 18 bank soyuldu

Efiopiyanın Oromiya əyalətində 18 bank silahlı şəxslərin hücumuna məruz qalıb.

Qaynarinfo Sputnik-ə istinadən xəbər verir ki, ötən həftə sonu baş verən hadisələrdə 2 gün ərzində 18 bank soyulub. Efiopiya Ticarət Bankı, Oromiya Kooperativ Bankı, Oromiya Kredit və Qənaət bankı da daxil olmaqla 18 dövlət və özəl bankın mülkünə zərər dəyib. 

Cinayətkarların həbs edilməsi üçün əməliyyata start verilib.

Gülşən

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?