Xəbər lenti

Bu ölkələrin spikerləri Milli Məclisin təntənəli iclasına qatılacaq (SİYAHI)
Siyasət 14:00 15.09.2018

Bu ölkələrin spikerləri Milli Məclisin təntənəli iclasına qatılacaq (SİYAHI)

Sentyabrın 21-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin təntənəli iclası keçiriləcək.

Qaynarinfo xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, təntənəli iclasa 14 ölkənin parlament sədri dəvət edilib.

Belə ki, Türkiyə, İsrail, Gürcüstan, Pakistan, Belarus, Cibuti, Qazaxıstan, Türkmənistan və digər ölkələrin parlamentlərinin spikeri təntənəli iclasda iştirak etmək üçün Azərbaycana dəvət  edilib.

Qeyd edək ki, təntənəli iclasa 40-a yaxın ölkənin nümayəndə heyətinin iştirakı gözlənilir. Təxminən 150-dən çox nümayəndənin iştirakı nəzərdə tutulur.  Tədbirdə 14 ölkədən sədr, 13 ölkədən sədr müavini, 11 ölkədən müxtəlif səviyyədə (işçi qruplarının rəhbərləri, nümayəndə heyətləri ) nümayəndə heyətinin iştirakı gözlənilir. 

Həmçinin 10-a yaxın beynəlxalq təşkilata (rəhbər və nümayəndə heyətləri səviyyəsində) təntənəli iclasda iştirak üçün dəvət göndərilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->