Avtomobil “T-1” adı ilə Antalyada təqdim edilib
İstanbul Universitetinin “Yerli elektrikli avtomobil” qrupu tərəfindən ağlagəlməz dərəcədə ekonomik sayılan avtomobil istehsal edilib.
Gecce.az Axar.az-a istinadən xəbər verir ki, 4 saatlıq enerji yüklənməsi ilə 500 kilometr yol qət edə bilən bu avtomobil “T-1” adı ilə Antalyada təqdim edilib.
Qeyd edək ki, 4 saatlıq batareya yüklənməsi üçün elektrik enerjisinin sərfiyyatı 6 Türkiyə lirəsi təşkil edir. Bu da Azərbaycan manatı ilə təxminən 2,5 manat civarında olan məbləğə başa gəlir.
Qaynar.info
Şərhlər