Uşaq niyə ağlayır? Aydınlaşdırmaq çətin məsələdir.
Ağrı, aclıq və ya başqa səbəbdən hönkür-hönkür ağlayır? ABŞ-ın Braun Universitetində işləyən tədqiqatçılar “Women & Infants” xəstəxanası ilə tərəfdaşlıq çərçivəsində çətin məsələni kompüter proqramına həvalə etmək qərarına gəliblər.
Məlum olub ki, körpənin ağlamağının təhlili ona dərhal diaqnoz qoymağa imkan verir.
“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, sözügedən sistem ağlamağın 80-dən çox parametrini təhlil edir. Avtomatik ağlama analizatoru həqiqətən səmərəli olsa, o zaman bu, diaqnostikanın ucuz və sürətli metodudur.
Qaynar.info
Şərhlər