Xəbər lenti

Bu rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Ölkə 19:55 24.11.2022

Bu rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Sabah Zərdab rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

SOCAR-ın "Qaz İxrac” İdarəsinə məxsus "Ucar-Zərdab” yüksək təzyiqli magistral qol qaz kəmərinin kanal keçidindən keçən, korroziyaya uğramış hissəsinin dəyişdirilməsi ilə bağlı, noyabrın 25-də saat 09:00-dan işlər başa çatanadək "Zərdab” QPS-dən və "Zərdab asfalt beton zavodu” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Zərdab rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->