Faciəvi şəkildə ölən bacı-qardaşın yaxınları danışdı (VİDEO)
Əslən Ucar rayonunun Şilyan kəndindən olan 67 yaşlı Füzuli Baxışov və onun bacısı, 51 yaşlı Zərnişan Baxışova Rusiyada faciəvi şəkildə ölüblər.
Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, sözügedən bədbəxt hadisə ilə bağlı bəzi detallar məlum olub.
Mərhumların qohumlarının sözlərinə görə, hadisə Vladimir şəhərində yolda yaranan tıxac zamanı baş verib. Bacı-qardaşın olduğu avtomobil iki yük maşınının arasında qalıb:
"Onlar günahsız yerə getdilər. Maşınla gözlədikləri yerdə tıxac olub, həmin ərazidə də təmir işləri gedirmiş. Qarşıda təmir işlərinin getdiyini göstərən işarə var imiş. "KamAz" sürücüsü bu işarələrə baxmayıb, gəlib bunları vurub, yapışdırıb qabaqdakı "KamAz"a".
Qeyd edək ki, mərhumların nəşləri ötən gün Azərbaycana gətirilib. Füzuli Baxışov və Zərnişan Baxışova Ucarın Şilyan kəndində torpağa tapşırılıblar.
Şərhlər