Xəbər lenti

Bu sexlərin çörəklərindən yeməyin! - FOTOLAR
Ekonomiks 11:52 19.02.2014

Bu sexlərin çörəklərindən yeməyin! - FOTOLAR


Balakən şəhərində bir neçə çörək istehsalı sexində standartların tələblərinin pozulduğu aşkar edilib.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən ans press-ə verilən məlumata görə, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən fiziki şəxs Qarayev Şamil Ramazan oğlu və fiziki şəxs Akqubayev Saleh Mollaisa oğluna məxsus çörək istehsalı sexlərində dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, antisanitariya vəziyyətində işləyən müəssisələrdə çörək istehsalı müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan aparılır. Bundan başqa müəssisələrin məhsul nümunələrinin sınaqlarının aparılması üçün laboratoriyasının və ya akkreditasiya olunmuş hər hansı laboratoriya ilə müqaviləsinin olmadığı bilinib. Eyni zamanda sınaqların aparılmadığı aşkar edilib ki, bu da məhsulun keyfiyyətinə zəmanət verilmədiyinə sübutdur. O cümlədən, müəssisələrdə saxlanma şəraitinə əməl olunmadığı, məhsulların keyfiyyətli sabit istehsalı üçün şəraitin təmin olunmadığı müəyyən edilib.

Aşkar edilmiş bu və digər nöqsanlarla bağlı müəssisə rəhbərlərinə iradnamə verilib, çörəyin istehsalının və satışının qadağan edilməsi barədə tələbnamə təqdim edilib. İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri üzrə protokol tərtib edilib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->