Xəbər lenti

Bu şəxslərə dollar kreditlərinə görə kompensasiya verilməyəcək (RƏSMİ)
Ekonomiks 14:00 06.03.2019

Bu şəxslərə dollar kreditlərinə görə kompensasiya verilməyəcək (RƏSMİ)

"Bəzən bir fiziki şəxsin bir neçə krediti olur. Kreditin hər birinin məbləği hər biri 10 min dollardan azdır, ancaq onların toplam kreditlərinin cəmi 10 min dollardan çoxdur”.
 
ONA-nın məlumatına görə, bu sözləri İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin (İİTKM) icracı direktoru Vüsal Qasımlı Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanını şəhr edərkən bildirib.

Onun sözlərinə görə, fərman bu cür şəxslərə tətbiq olunmayacaq, onlara kompensasiya ödənilməyəcək: "Əgər həmin banklardakı kreditlərin cəmi 10 min dolları keçirsə, onlara kompensasiya ödənməyəcək. Çünki fərmanda da göstərilib ki, bir şəxsə ödəniləcək vəsait 5 min dollardan artıq olmayacaq”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->