Siyasət 18:19 24.01.2022

Bu vəziyyətdə blokadanın açılması İrəvana ağır nəticələr verəcək - Nairi Sarkisyan

"Biz yolların açılmasından, dəmir yolunun çəkilməsindən danışanda ilk növbədə onların nə dərəcədə real olduğunu başa düşməliyik, çünki hakim komandanın nəhayət həllini tapan heç bir açıqlamasını görmürük”. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Ermənistan Respublikası Auditorlar Palatasının prezidenti Nairi Sarkisyan Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı əldə olunan razılaşmaya toxunaraq bildirib.

"Hakimiyyətdəkilər nəyisə razılaşdırır, elan edir, xalqa müzakirə mövzusu verir, sonra bunu unudub, yeni nəsə elan edirlər. Bununla belə, dəmir yolu layihəsi başlayarsa, kifayət qədər baha başa gələn və vaxt aparan proses olacaq, onun tikintisi ən azı bir neçə il çəkəcək. Bizim güman etməli olduğumuz blokadanın açılması magistrallardan başlamalı idi, hazırda Ermənistan iqtisadiyyatı heç bir şəkildə buna hazır deyil. Hökumətin bir hərəkətinin digəri ilə heç bir əlaqəsi yoxdur, hamısı məntiqsizdir. Əgər biz mümkün qədər tez blokdan çıxarmalı idiksə, müharibə zamanı türk mallarının idxalına qadağa qoymağın nə mənası var idi?” - Nairi Sarkisyan deyib və əlavə edib:

"Türkiyədə kənd təsərrüfatı sahəsinə böyük sərmayələr yatırılır, subsidiyalar verilir. Torpaqlarının münbitliyini, ucuz işçi qüvvəsini, əlverişli şəraiti nəzərə alaraq kifayət qədər ucuz qiymətə mal ixrac edirlər. Bizdə başqa ölkədən ucuz mal gətirib, yenidən satıb daha tez qazanc əldə etmək olarsa, hamı o yolla gedəcək. Bu baxımdan Ermənistanda onsuz da az istehsal olunan məhsullar idxal malları ilə əvəz olunacaq. Yəni, bizdən bu qədər valyuta axını olacaq və kənd təsərrüfatı ilə məşğul olanlar müflisləşəcək. Bundan başqa, Türkiyə kapitalı zaman axarıyla Ermənistana daxil olacaq. Bununla mübarizə aparmaq üçün ən azı bir çox qanunvericiliyə dəyişiklik etməliyik, lakin məncə, bu hökumət bunu edə bilməz, bu iqtisadi vəziyyətdə blokadanın açılması Ermənistan üçün ağır nəticələr verəcək”.

"Dəmir yolunun tikintisini hər iki tərəfin öz maliyyə imkanları ilə həyata keçirəcəkmi” sualına Nairi Sarkisyan bildirib:

"Mən əmin deyiləm ki, hər bir ölkə öz payını yatıracaq, ilk növbədə biz buna hazır deyilik, çünki bizim prioritet xərclərimiz daha çoxdur. Bu hökumət prioritetləri və vəsaitləri anlamadığından, bunun üçün büdcəmizdən vəsait ayıracaqları istisna edilmir. Ermənistan Respublikası özünün formalaşdırdığı məqsədlərə malik deyil, bir çox hallarda başqalarının məqsədlərini dərk etmədən onlara doğru cəkilir və irəli gedir. Fakt budur ki, Ermənistanın məqsədləri bu gün gündəliyə daxil edilməyib və bu gün Ermənistan gündəmi diktə etmir.

Əgər biz yaxşı gələcək və nəticə istəyiriksə, o zaman dövlət olaraq əvvəldən qarşıya qoyulan məqsədi həyata keçirməliyik. Diplomatik kanallar vasitəsilə biz bunu başqa ölkələrin məqsədləri ilə müqayisə oluna və öz maraqlarımıza sahib ola bilməliyik. Nə qədər ki, biz bunu həyata keçirməmişik, nə qədər ki, biz iqtisadi diplomatiya terminini sadəcə, bir ifadə kimi qəbul edirik, bu bizim üçün yaxşı ola bilməz”.

Telman

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?