Xəbər lenti

Ekonomiks 09:33 08.03.2018

Büdcədənkənar vəsaitlərin xərclənməsi qaydalarına dəyişiklik edildi

Nazirlər Kabineti "Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının madditexniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişikliklər edib.

Qaynarinfo xəbər verir ki, bu barədə qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə görə, məqsədli təqaüdlərin ödənilməsi də büdcədənkənar vəsaitdən istifadə istiqamətlərinə daxil edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?