Burak Yılmaz:

Burak Yılmaz: "Ürəyimiz yanır, dövlətimiz nə istəsə, etməyə hazırıq"

"Beşiktaş" Türkiyə Super Liqasının XXIV turu çərçivəsində dünən "Alanyaspor"la qarşılaşıb.

Qaynarinfo xəbər verir ki, oyun İstanbul klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Beşiktaş"ın hər iki qolunu Burak Yılmaz vurub. Təcrübəli forvard 70 və 87-ci dəqiqələrdə fərqlənib. 

Matçdan sonra açıqlama verən Burak Yılmaz oyunla bağlı danışmaq istəmədiyini bildirib. O, Suriyada 34 türk əsgərinin şəhid olmasından danışıb. 35 yaşlı hücumçu dövlətə və şəhid ailələrinə istər maddi, istərsə də mənəvi yardıma hazır olduqlarını bildirib: 

"Bu gün olduqca kədərliyik. Türkiyə çempionatında çıxış edən futbolçularla telefon əlaqəsi saxlamışıq. Hamı üzgündü. Xain hücum nəticəsində əsgərlərimiz şəhid oldu. Ürəyimiz yanır. Dövlətimiz nə istəsə, etməyə hazırıq. Həm maddi, həm də mənəvi baxımdan onların yanındayıq. Düşmənlər unutmasınlar ki, ölkəmiz bu cür xainliklərə qarşı daim bir yumruq kimidi. Tribunada "Bir ölüb, min dirilərik" pankartı var idi. Biz hər zaman bütövük".
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR