Xəbər lenti

Böyük qalmaqala səbəb olmuş
Ekonomiks 12:30 03.05.2018

Böyük qalmaqala səbəb olmuş "Cambridge Analytica" şirkəti bağlanır

ABŞ və İngiltərədəki seçkilərdə "Facebook" informasiyalarını qeyri-qanuni istifadədə ittiham edilən "Cambridge Analytica" şirkəti fəaliyyətini dayandırır.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, şirkət təxminən 87 milyon istifadəçinin məlumatlarını oğurlayaraq seçki prosesinə müdaxilədə ittiham edilirdi. Bu faktın ortaya çıxmasından sonra "Facebook" və "Cambridge Analytica" ətrafında böyük qalmaqal yaşanmışdı. Sosial şəbəkə rəhbəri Mark Zükerberq bu hadisəyə görə ABŞ konqresində ifadə vermiş, təhlükəsizliyi təmin edə bilmədikləri üçün istifadəçilərdən üzr istəmişdi.

Qeyd edək ki, "Cambridge Analytica" bağlanma səbəbi kimi müştəri itkisini göstərir.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->