Xəbər lenti

Cahangir Əsgərov İspaniyaya köçüb? - Hər ay 1,2 milyon manat...
Ölkə 10:34 07.08.2025

Cahangir Əsgərov İspaniyaya köçüb? - Hər ay 1,2 milyon manat...

AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun Azərbaycan banklarının birində 170 milyon manat depoziti olduğu üzə çıxıb. 

Qaynarinfo-nun verdiyi xəbərə görə, bu barədə "Unikal" məlumat yayıb. Məlumata görə, həmin məbləğ bundan əvvəl Cahangir Əsgərovun mərhum həyat yoldaşı Zərifə Həmzəyevanın adına olub. 

Z.Həmzəyevanın vəfatından sonra AZAL-ın keçmiş prezidenti həmin pulu öz adına rəsmiləşdirib. Hazırda İspaniyada yaşayan C.Əsgərov hər ay həmin məbləğdən 1 milyon 200 min manat gəlir əldə edir. 

Qeyd edək ki, Zərifə Həmzəyeva bu ilin yanvarında dünyasını dəyişib. Z.Həmzəyeva genetika və tibbi profilaktika üzrə elmlər doktoru, "Gazelli Group" şirkətinin təsisçisi və prezidenti,  "Premium Bank” ASC-nin əsas səhmdarı və "Caspian Energy Club"ın İdarə Heyətinin üzvü olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->