"Amazon" şirkətinin qurucusu Ceff Bezosun sərvəti artmağa davam edir.
Qaynarinfo xəbər verir ki, Forbes jurnalına görə, Bezosun sərvəti 1 iyundan bəri 5 milyard artıb və 141,9 milyard dollara çatıb. Dünyanın ən varlı şəxsi olan Ceffin sərvəti Bill Qeytsin pulundan 49 milyard, Vorren Baffetin sərvətindən isə 60 milyard dollar çoxdur.
O, bu ilin əvvəllərində dünyanın ən varlı şəxsi statusuna yiyələnib. "Amazon" "Apple"dan sonra dünyanın ən yüksək qiymətə sahib şirkətidir.
Gülşən
Şərhlər