Xəbər lenti

Cəmil Həsənli BDU-dan ÇIXARILDI
Siyasət 14:01 02.12.2013

Cəmil Həsənli BDU-dan ÇIXARILDI

"Universitet rəhbərliyi mənə ayrılan dərsin ləğv olunması tapşırığı verib"

Milli Şuranın prezidentliyə keçmiş namizədi, tarix elmləri doktoru, professor Cəmil Həsənli müəllim işlədiyi Bakı Dövlət Universitetindən çıxarılıb. O, “Media forum” saytına bildirib ki, sentyabr ayından universitetə getmir: “2011-ci ildə könülü şəkildə BDU-da ştatdan çıxmışam. Amma müqavilə əsasında saathesabı dərs deyirdim. Əsasən də bir neçə magistr və doktorantın elmi rəhbəri idim və onları yetişdirirdim.

Bu il sentyabrın əvvəlində universitetdən zəng etmişdilər, yeni tədris ilinin birinci yarısı üçün mənə dərs ayrılmışdı və dərs cədvəlinə də düşmüşdüm. Sonradan isə universitet rəhbərliyi mənə ayrılan dərsin ləğv olunması tapşırığı verib. Tarix fakültəsinin dekanlığı dərsi başqa müəllimə verib, adımı dərs cədvəlindən çıxarıblar. Ona görə də sentyabrdan BDU-da dərs demirəm.

Ora mənim üçün çox əziz və doğma yerdir. 2011-ci ildə ştatdan çıxandan sonra çox cüzi məvacib alırdım. Mənim əsas maraq və məqsədim yaxşı tarixçilər yetişdirmək idi. İndi bu imkandan məhrum edilməyimə təəssüflənirəm”.

Cəmil Həsənli hesab edir ki, BDU-dan uzaqlaşdırılması Milli Şuranın prezidentliyə namizədi olması, seçki dövründə etdiyi çıxışlarda hakimiyyəti sərt tənqid etməsi, ölkədəki korrupsiya və rüşvətxorluqla bağlı faktlar açıqlaması və bunu edən şəxslərin adlarını çəkməsi ilə bağlıdır.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->