Siyasət 21:17 11.06.2013

Cəmil Həsənli sərt danışdı

Moskvada Milli Şuranın saytının yaradılması və serverin orada yerləşməsi haqqında məlumat təxribatdır.

Bu barədə Turan agentliyinə MŞ üzvü, məşhur tarixçi Cəmil Həsənli haqqin.az saytının bu mövzuda məlumatını şərh edərkən bildirib.

“Məsuliyyətli bir şəkildə bildirirəm ki, Milli Şuranın gələcək saytı Azərbaycan ərazisində yaradılacaq və yerləşəcək. Saytın Moskvada yaradılacağı və yerləşəcəyi haqqında məlumata gəlincə, bunu Milli Şuranı Moskvanın layihəsi kimi təqdim etmək cəhdlərindən əl çəkməyən hakimiyyətin növbəti təxribatı kimi qiymətləndirirəm”, deyə Cəmil Həsənli qeyd edib.

Qaynar.info