İyulun 3-ü gecə saatlarında Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 1-ci və 6-cı enerji blokunda baş vermiş partlayış nəticəsində paytaxt Bakı və ölkənin əksər rayonları enerjisiz qalıb. Artıq paytaxtda və bir çox rayonlarda enerjinin verilməsi bərpa edilib, amma hələ də bəzi rayonlarda işıqlar yanmır.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, paytaxtda enerjinin verilməsi 100, regionlarda 80 faiz bərpa edilib:
"Bakıda enerjinin verilməsi tam bərpa edilib. Şimal və Qərb zonasına daxil olan rayonların 100 faizinə enerji verilir. Mərkəzi Aran və Cənub rayonlarında isə bu 80 faizdir. Yaxın saatlarda bütün rayonlara enerjinin verilməsi bərpa ediləcək".
Şərhlər