Harri Potter kitablarının müəllifi ingilis yazıçı Coan Roulinq 15,3 milyon funt-sterlinq ianə bağışlayıb.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, həmin məbləğ Edinburq Universiteti tərkibində təşkil edilən "Anne Rowling Regenerative Neurology Clinic"ə nevroloji xəstəliklərin tədqiqatı üçün bağışlanıb. Klinika 2010-cu ildə Coan Roulinqin 10 milyon funt-sterlinq yardımı ilə təsis edilib. Mərkəzdə dağınıq skleroz, Parkinson, dementiya və s. nevroloji xəstəliklərin müalicəsi ilə bağlı tədqiqatlar aparılır.
Qeyd edək ki, Coan Roulinqin anası Enn Roulinq 1990-cı ildə 45 yaşında dağınıq skleroz (MS) xəstəliyi üzündən həyatını itirib.
Gülşən
Şərhlər