Xəbər lenti

Con Kerri: Rusiya ABŞ-ın təqdim etdiyi sübutlara inanmadı
Dünya 09:12 02.09.2013

Con Kerri: Rusiya ABŞ-ın təqdim etdiyi sübutlara inanmadı


ABŞ Rusiyaya Suriya rejiminin kimyəvi hücumu haqqında sübutlar təqdim edib, lakin Moskva şüurlu şəkildə onları qəbul etməkdən imtina edib. İnterfaks-ın verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib.

"Biz həqiqətən də, kimyəvi hücumla bağlı sübutları öz adamlarımız vasitəsilə Rusiyaya təqdim etdik. Və onlar hesab etdilər ki, buna inanmaq lazım deyil. Yaxud, bu faktları ictimai şəkildə qəbul etmək istəmədilər" - deyə Kerri bildirib.

"Düşünürəm ki, ruslar Əsədin xətti keçdiyini qəbul edəcəklər. Biz ruslarla sıx işləyirik. Ümid edirəm ki, onlar faktları qəbul edəcək və Əsədin məsuliyyətə cəlb edilməsi üçün birgə işləyəcəyik" - deyə Kerri əlavə edib.

Trend

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->