Xəbər lenti

Coğrafiya İnstitutundan SOS: Xəzər dənizi məhv olur
Ölkə 12:05 09.10.2019

Coğrafiya İnstitutundan SOS: Xəzər dənizi məhv olur

Sahilində 20 milyon insanın yaşadığı Xəzər dənizi regionunun ekoloji vəziyyəti olduqca gərgindir.

Trend-in məlumatına görə, bunu AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

Onun sözlərinə görə, Xəzərin bəzi yerlərində çirklənmə göztəricisi normadan 10-20 dəfə artıqdır.

R.Məmmədov əlavə edib ki, dənizdə nərə balığı ehtiyatının tükənmə təhlükəsi yaranıb:

"Dəniz səviyyəsinin dəyişkənliyi nəticəsində 1989-1995-ci illərdə Azərbaycanda ekoloji vəziyyət pisləşib, evlər, torpaqlar suyun altında qalıb, ölkənin sahil zonasında "ekoloji qaçqınlar” yaranıb, ölkəyə dəyən ziyanın dəyəri 2 milyard dollar olub".

Akademik diqqətə çatdırıb ki, əvvəllər dəniz iki dövlətin sərhədində yerləşirdisə, SSRİ-nin dağılması nəticəsində onun ətrafında beş müstəqil dövlət yaranıb: "Ona görə də bu ərazi geopolitik maraqların toqquşduğu bir regiondur. Əgər Xəzərin taleyinin Aralın faciəsinə dönməsini istəmiriksə, əl-ələ verib onu məhv olmaqdan qorumalıyıq".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->