Xəbər lenti

COVİD peyvənd sınağı iştirakçının
Sağlamlıq 12:08 13.10.2020

COVİD peyvənd sınağı iştirakçının "izah edilməz xəstəliyi" üzündən dayandı

Johnson & Johnson kompaniyası tədqiqat iştirakçılarından birində "izahı olmayan bir xəstəlik" olduğunu bildirərək koronavirus peyvəndi sınaqlarının müvəqqəti olaraq dayandırıldığını elan edib.


Qaynarinfo xəbər verir ki, bunula belə, şirkət iştirakçıda hansı simptomların göründüyünü və nə vəziyyətdə olduğunu açıqlamayıb.


Qeyd edək ki, şirkət sentyabr ayında peyvənd sınaqlarının üçüncü mərhələsinə başlayıb. Bildirilir ki, sınaqlara Amerika Birləşmiş Ştatları və Argentina, Braziliya və Meksika da daxil olmaqla bir sıra digər ölkələrdən 60.000 nəfər qatılıb. Testlərin tamamlanacağı və peyvəndin ilk partiyalarının 2021-ci ilin əvvəlinə qədər hazır olacağı ehtimal edilirdi.

 

Alpər

 

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->