İdman 17:45 06.06.2022

Cüdoçularımız komanda hesabında birinci oldu

Yunanıstanın Heraklion şəhərində veteran cüdoçular arasında keçirilən Avropa çempionatında Azərbaycan idmançıları uğurlu nəticə göstərib.
 
Qaynarinfo xəbər verir ki, cüdoçularımız 9-u qızıl, 5-i gümüş, 5-i bürünc olmaqla, 19 medal qazanaraq kişilər arasında və ümumi komanda hesabında birinci yeri tutublar.

Komandaya qızıl medalları Nadir Babayev (M1, 73 kq), Tural Səfquliyev (M1, 100 kq), Məmməd Məmmədov (M2, 73 kq), Samir İsmayılov (M2, 81 kq), Azər Fətullayev (M3, 81 kq), Babək Hacıyev (M4, 60 kq), Emil Hüseynov (M4, 100 kq), Mübariz Cəfərov (M5, 90 kq) və Azərbaycanın ən titullu veteran cüdoçusu Fərhad Rəcəbli (M7, 90 kq) qazandırıb. Bu qələbə Heraklionda öz qalib imicinə sadiq qalan azərbaycanlı cüdo əfsanəsi Fərhad Rəcəblinin 8-ci Avropa çempionluğu kimi yadda qalıb.

Gümüş medallara Vüqar Babayev (M2, 66 kq), İntiqam Ələkbərov (M2, 100 kq), Mahir Ağamirzəyev (M4, 90 kq), Müşfiq Cəfərov (M5, 73 kq) və Qabil Qasımov
(M6, +100 kq) layiq görülüblər.
 
İlham Heydərov (M2, 100 kq), Ramil Muradov (M2, 100 kq), Rauf Fərzəliyev (M4, 73), Natiq Qasımov (M6, 81 kq) və Şamil Sövzəliyev (M8, 81 kq) isə fərdi yarışların bürünc medallarına sahib çıxıblar.
 
Qitə çempionatının sonuncu günündə komanda yarışlarında Azərbaycan təmsilçiləri kişilər arasında 30-39 yaş qrupunda bürünc medal qazanıblar.
 
Səbuhi Həsənov