XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ehtiram Quliyev "Turan Tovuz"dan gedir? - Özündən açıqlama
İdman13:59 22.09.2026

Ehtiram Quliyev "Turan Tovuz"dan gedir? - Özündən açıqlama

Bu gün sosial şəbəkələrdə və mediada Ehtiram Quliyevin “Turan Tovuz”un rəhbərliyindən istefa verəcəyi ilə bağlı xəbərlər yayılıb.

Qayanrinfo xəbər verir ki, bununla bağlı klub rəhbəri “Qafqazinfo”ya açıqlama verib.

O bildirib ki, hazırda klub daxilində mətbuatda qeyd edildiyi kimi narahatlıq yoxdur.

“Turan” klubu vahid sistemdən idarə olunur. Əsas məqsədimiz Azərbaycan futbolunun, xüsusilə “Turan” klubunun inkişafıdır. Bunun üçün bütün çalışmalarımız davam edir. Hazırda bütün gücümüzü “Turan Tovuz” - “Fənərbaxğa” oyununa yönəltmişik. Təbii ki, bizim də klub olaraq bəzi narahatlığımız var. Bunu lazım gəldikcə ictimaiyyətə də bildirmişik və bildirməyə də davam ediləcək.

Oktyabr ayında klubun idarə heyətinin toplanması nəzərdə tutulub. Orada müzakirə ediləcək məsələlərlə bağlı AFFA-nın da mövqeyi öyrəniləcək. Toplantıda klubun və idarə heyəti sədrinin gələcək taleyinə aydınlıq gələcək. Bundan sonra veriləcək qərar ictimaiyyətə elan ediləcək”, deyə E.Quliyev vurğulayıb.