Xəbər lenti

Video 23:56 20.06.2018

"DÇ-2018": İran İspaniyaya uduzdu (VİDEO)

Rusiyada keçirilən "DÇ-2018" davam edir. 

Qaynarinfo xəbər verir ki, bu gün B qrupunda II turun oyunları keçirilir.
 
Qrupun ikinci oyunu günün son matçı olub və İspaniya İranla qarşılaşıb. Mundialdakı ilk görüşündən sadəcə 2 gün öncə baş məşqçi dəyişikliyi edən "matadorlar” ən çətin rəqibi Portuqaliyadan 1 xal almağı bacarmışdı. İran millisi isə son dəqiqədə 3 xal aldığı Mərakeşdən sonra sürpriz axtarışında idi. Amma bu baş verməyib və İspaniya çətin də olsa, qələbə qazanıb. Matçın yeganə qoluna Dieqo Kosta imza atıb.

Qeyd edək ki, qrupun ilk matçında Portuqaliya Mərakeşi məğlub edib - 1:0. 

DÇ-2018
B qrupu
II tur

20 iyun
İran - İspaniya 0:1
Qol: Dieqo Kosta, 54.
İran: 1 Əli Beyrənvənd, 3. Ehsan Hacı Səfi (5. Milad Məhəmmədi, 69), 6. S. Səid Ezatullahi, 8. Morteza Purəligənci, 9. Ümid İbrahimi, 10. Kərim Ənsərifərd (18. Əlirza Cahanbaxış, 74), 11. Vahid Əmiri (14. Saman Qoddos, 86), 17. Mehdi Taremi, 19. Məcid Hüseyni, 20. Sərdar Azmun, 23. Ramin Rezaiyan
Ehtiyat oyunçular: 12. Rəşid Məzahiri, 22. Əmir Əbidzadə, 2. Mehdi Turabi, 7. Məsud Şocaei, 13. Məhəmməd Rza Xanzadə, 15. Peyman Müntəzəri, 16. Rza Qoçannejad, 21. Aşkan Deyagah.
Baş məşqçi: Karlos Queyroz.
İspaniya: 1. David de Xea, 2. Dani Karvaxal, 3. Xerard Pike, 5. Serxio Buskets, 6. Andres İnyesta (8. Koke, 71), 11. Lukas Vaskes (20. Marko Asensio, 79), 15. Serxio Ramos, 18. Xordi Alba, 19. Dieqo Kosta (9. Rodriqo, 89), 21. David Silva, 22. İsko
Ehtiyat oyunçular: 13. Kepa Arrizabalaqa, 23. Pepe Reyna, 4. Naço Fernandes, 7. Saul Niguez, 10. Tyaqo Alkantara, 12. Alvaro Odriozola, 14. Sezar Azpilikueta, 16. Naço Monreal, 17. İaqo Aspas.
Baş məşqçi: Fernando Hierro.
Sarı vərəqələr: Vahid Əmiri, 74. Ümid İbrahimi, 90+2.
Baş hakim: Andres Kunya (Uruqvay).
Kazan. "Kazan Arena”.
 

1

Portuqaliya

2

1

1

0

4:3

4

2

İspaniya

2

1

1

0

4:3

4

3

İran

2

1

0

1

1:1

3

4

Mərakeş

2

0

0

2

0:3

0

 
Fanat.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->