Elm adamları İtaliyanın ən məşhur qəsrlərindən biri - Milano şəhərində yerləşən Sforza qəsrinin altındakı sensasion kəşfi açıqlayıblar.
Qaynarinfo xəbər verir ki, georadarlar və lazer skanerləri istifadə etməklə, araşdırmaçılar böyük Leonardo da Vinçinin öz rəsmlərində varlığını ehtimal etdiyi gizli yeraltı keçidlər şəbəkəsini aşkar
ediblər.
Sforza qəsrində yeraltı sığınacaq haqqında əfsanələr nəsildən-nəslə ötürülüb. Ən məşhur hekayələrdən biri, Milan hertuğu Ludoviko Sforzanın həyat yoldaşının ölümündən dərd çəkərək, onun məzarına baş çəkmək üçün gizli keçiddən istifadə etməsi ilə bağlıdır. Bu keçidin də, ehtimal ki, Leonardo da Vinçi tərəfindən rəsmlərində təsvir edildiyi bildirilir.
Müasir texnologiyalar bu əfsanələri təsdiqləməyə imkan verib. Georadarlar yerin altına baxmağa və mürəkkəb tunel və boşluqlar sistemini aşkar etməyə kömək edib. Alimlərin fikrincə, bu keçidlərdən bəziləri hərbi məqsədlər üçün, digərləri isə zadəganların gizli hərəkətləri üçün istifadə olunurdu.
"Tədqiqatımızın məqsədi Sforza qəsrinin rəqəmsal nüsxəsini yaratmaqdır, – professor Franko Quttzetti bildirib. - Bu model təkcə qəsri bu gün necə var elə görməyimizə deyil, həm də onun keçmişinə baxmağımıza, artıq görünməyən qədim qurğuları aşkar etməyimizə imkan verəcək".
Bu kəşf yalnız qalaların tarixini işıqlandırmaqla qalmır, həm də turizmin inkişafı üçün yeni imkanlar açır. Gələcəkdə ziyarətçilər yeraltı keçidlərdə virtual gəzintilər edərək orta əsrlərə səyahət edə biləcəklər.
Sforza qalasının altındakı gizli yeraltı keçidlərin tapılması, tariximizin saxladığı bir çox sirrin daha hələ açılacağına dair başqa bir sübutdur.
Alpər
Şərhlər