Daha 12 rayonda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək

Daha 12 rayonda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək

Sentyabr ayından etibarən "Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, xüsusən də ammofos və nitroammofoska gübrələrinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Növbəti satış Ağsu, İsmayıllı, Kürdəmir, Ucar, Göyçay, Cəlilabad, Astara, Lerik, Biləsuvar, Qusar, Siyəzən və Xızıda təşkil ediləcək.

Səyyar satışlar sentyabr 24-də Qusarın İmamqulu, Ağsunun Ləngəbiz, Astaranın Ərçivan kəndində; sentyabrın 25-də Qusarın Piral, İsmayıllının Qubaxəlilli, Lerikin Noda kəndində; sentyabrın 26-da Qusarın Dədəzeyxur, Kürdəmirin Yenikənd, Cəlilabadın Üçtəpə kəndində; sentyabrın 27-də Siyəzənin Məşrif, Ucarın Qəzyan, Cəlilabadın Cəngan kəndində; sentyabrın 28-də Göyçayın Qaraməryəm, Biləsuvar Əsgərabad və Xızı şəhərinin özündə həyata keçiriləcək.

Qeyd olunan,həmçinin ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 çağrı mərkəzi və (+99451) 2559383, (+99451) 2293207 əlaqə nömrəsinə müraciət etmək lazımdır.
XƏBƏRLƏR
BLOGLAR