Bazar günü Bəhreyn, dünən Səudiyyə Ərəbistanı və Küveyt vətəndaşlarını Livanı dərhal tərk etməyə və bu ölkəyə səyahət etməməyə çağırmışdı. Bu ölkələr siyahısına Birləşmiş Ərəb Əmirlikləri də qoşulub.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, BƏƏ xarici işlər naziri bu barədə açıqlama verərək vətəndaşlarına müraciət edib.
Qeyd edək ki, Livanın baş naziri Səəd Həririnin istefasından sonra ölkələr bu müraciətlə çıxış edib.
Yəmənin Səudiyyəyə ballistik raket hücumu təşkil etməsi, Yəməndəki siyasi qeyri-sabitlik, Husilərlə hökümət qüvvələri arasındakı qarşıdurmalar, Səudiyyə və İran münasibətləri bölgədəki gərginliyi yüksəldən faktorlar arasındadır.
Gülşən
Qaynarinfo.Az
Şərhlər